Səudiyyə Ərəbistanının qırıcıları Yəmən ərazisini bombalayıb. Nəticə 39 mülki vətəndaş həlak olub.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı “France-Presse” agentliyi Yəmən Səhiyyə Nazirliyinin rəsmisinə istinadən yayıb.
Aviazərbələr əsasən Sana şəhərinin yaxınlığında yerləşən hərbi bazaya atılıb. Ancaq zərbələrin qeyri-dəqiq atılması mülki vətəndaşların həlak olması ilə nəticələnib.