“Bəxtiyar Abbasovun himn səsləndirilən zaman oturmasını siyasiləşdirmək lazım deyil. O, sadəcə özünü pis hiss etdiyi üçün belə edib”.
Bu barədə Sambo üzrə yığma komandanın baş məşqçisi Yaqub Abdullayev AzNews.az-a açıqlamasında deyib. O, Bəxtiyar Abbasovun himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyini, buna görə də oturduğunu vurğulayıb: “Bu məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər”.
Qeyd edək ki, azərbaycanlı idmançı Bəxtiyar Abbasov Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutub. 1-ci yeri isə Aşot Danielyan qazanıb. Qaliblərin mükafatlandırılması zamanı isə samboçu qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himni zamanı ayaq üstə dayanmayıb və oturub.
http://s019.radikal.ru/i603/1503/15/5c119f257273.jpg
http://s50.radikal.ru/i130/1503/c4/3bd16bd5987d.jpg
http://s020.radikal.ru/i704/1503/17/48c88c96fdfd.jpg