İŞİD-çilərin yaydığı son videoda azyaşlı uşaqlar şiə girovların yanında silahlarla poz veriblər.
Müsavat.com-un məlumatına görə, görüntülərdə uşaqlar 8 şiə mənsubunu gətirərək kameranın qarşısına düzür. Suriyanın Hama şəhərində çəkildiyi bildirilən videoda girovlar yenə narıncı formada görünür. Görüntülərdə 8 yaşlı bir uşaq isə girovların başını kəsmək üçün İŞİD-çilərə bıçaq paylayır.
Xatırladaq ki, İŞİD-çilərin azyaşlı uşaqlara xüsusi təlim keçdiyi bildirilir. Onların uşaqlardan kamikadze, cəllad, nəzarətçi kimi istifadə etdiyi qeyd edilir.