İspaniyanın “Real” (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu Avropanın ən yaxşı futbolçusu seçilsə də, onu təkəbbürlü, eqoist, özünü ifrat dərəcədə bəyənən insan sayanlar az deyil.
Ronaldunun şampun reklamlarına çəkilməsi isə onun İspaniya ilə yanaşı, dünyanın müxtəlif ölkələrində sosial şəbəkələrdə lağlağı obyektinə dönməsinə səbəb olub.
Milli.Az Mundo Deportivo-ya istinadən bildirir ki, Braziliyanın tanınmış prankerlərindən olan “Desimpedidos” K.Ronaldunun San-Paulu şəhərində adi insanlardan biri kimi dolaşacağı təqdirdə necə təsir bağışlayacağını əks etdirməyə çalışıb.