Azərbaycan əsilli Rusiya yumoristi və şoumeni Tahir Məmmədovun rejissor kimi ilk debütü “Qadınlar kişilərə qarşı” komediya filmi sabahdan bütün Rusiya kinoteatrlarında nümayiş olunacaq.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 50 milyon rubl büdcəsi olan film kəskin ifadələrə görə kinoteatrlarda yalnız 18 yaşı tamam olan şəxslər üçün nümayiş olunacaq.
1981-ci ildə Bakıda azərbaycanlı ata və erməni ananın ailəsində anadan olan Tahir Məmmədov 1989-cu ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb. O, Rusiyanın ən populyar yumor verilişi “Comedy Club” və bir neçə televiziya layihəsində çıxışı ilə yadda qalıb.
Modern.az Azərbaycan əsilli Rusiya məşhurunun çəkdiyi filmin treylerini təqdim edir.