“Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə olduğunu bilmirlər”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Vladimir Putinin prezidentliyinin 15 illiyinə həsr olunmuş dəyirmi masada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Onun sözlərinə görə, hazırda Rusiyada “Putin nəsli” adlandırıla biləcək gənc nəsil mövcuddur. “Paralel olaraq dünyada Putinsiz Rusiyanın nə olduğunu bilməyən dünya liderləri klubu formalaşıb. Onlar Rusiyanın öz maraqlarını ciddi şəkildə müdafiə edəcəyinə öyrəşməyə başlayırlar, habelə anlayırlar ki, Rusiya buna Putinin rəhbərliyi altında davam edəcək”, – deyə Peskov vurğulayıb.