Türkiyədə prokuror iş otağında girov götürülüb.
Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, həmin prokuror “Gəzi” hadisələrində öldürülən Berkin Elvanın istintaqını aparan Mehmet Səlim Kirazdır. Ətrafda olan şəxslər bildiriblər ki, prokurorun otağından əvvəlcə silah səsləri eşidilib, daha sonra isə binanın dəhlizi boşaldılıb. Bina polislər tərəfindən mühasirəyə alınıb.
Qeyd edək ki, 14 yaşlı Berkin Elvan Türkiyədə baş verən aksiyalarda polis tərəfindən öldürülüb. Onun ölümü Türkiyədə etirazlara səbəb olub.
***
Terror təşkilatına yaxınlığı ilə tanınan şəxs prokurorun başına silah dayayaraq şəkillərini çəkib və Tvitter sosial şəbəkəsində paylaşıb. Həmin şəxs prokuroru azad etmək üçün şərtlərini də açıqlayıb.
***
Girov götürən şəxs 5 tələb irəli sürüb və yerinə yetirilməsi üçün yerli vaxtla saat 15:36 qədər vaxt verib. Şərtlərin nə olduğu açıqlanmayıb.