Azərbaycan Ukrayna prezidenti Pyotr Poroşenkonu və baş nazir Arseni Yatsenyuku Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasiminə dəvət edib.
Bu barədə virtualaz.org-a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat veriblər. Məlumatda o da bildirilib ki, hazırda dəvət ən yüksək səviyyədə baxılma mərhələsindədir.
Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları iyunun 12-dən 28-ə qədər davam edəcək.