Azərbaycan xalqının böyük dramaturq və yazıçısı Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin fitri istedada malik sevimli tələbəsi, ikinci dünya müharibəsinin və stalinizmin qurbanı, unudulmaz bəstəkar, gözəl şair, istedadlı rəssam, folklorçu və musiqi tədqiqatçısı Ərtoğrul Cavidin bir sıra bəstələri mövcuddur.
Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Ə.Cavidin həmin bəstələri CD formatında işıq üzü görüb.
AzNews.az QAZILƏR.az-a istinadən həmin CD-dən Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” musiqisini Ərtoğrul Cavdin öz ifasında təqdim edir.
Qeyd edək ki, Hüseyn Cavid xalq düşməni kimi həbs olunaraq Sibirə sürgün edilərək orada vəfat etmiş, oğlu Ərtoğrul isə istedadının çağlayan bir vaxtında – 24 yaşında atasının ölümündən xəbərsiz şəkildə vərəmdən dünyasını dəyişib. Ərtoğrul qısa bir ömür yaşasa da, ömrünə ədəbiyyatşünas, bəstəkar, musiqişünas və rəssamlıq fəaliyyətini sığdıra bilib.