Bakıda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Sani Axundov küçəsi 3 c ünvanında yerləşən tikintidə qeydə alınıb. Həmin tikintidə fəhlə işləyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nahid Əzizxan oğlu Əliyevbeşinci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.