İqtisadçı alım Qubad İbadoğlu manatın devalvasiyası ilə bağlı yenidən həyacanlı proqnoz verib.
Hazırda Amerikada olan alim manatın devalvasiya baş verəcəyi i8lə bağlı ilk açıqlama vermişdi.
Q.İbadoğlu öz facebook səhifəsində bildirib ki, Azərbaycanda mart ayında bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın demək olar ki, yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir:
“Hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir. Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər.
Çünki müşahidələr göstərir ki, bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək”.