ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama 2014-cü ildə 477 min 383 dollar qazanıblar. Musavat.com-un xarici qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev tərəfindən açıqlanan vergi bəyannamələrindən məlum olub.
Əldə oluna gəlirin 19%-i (93 362) federal vergi kimi ödənilib. İllinoys ştatının büdcəsinə ödənilən vergi isə 22640 dollar olub. Prezident və birinci xanımı öz gəlirlərinin 14.8%-ini 33 xeyriyyə təşkilatına xərcləyiblər.
Vitse-prezident Co Bayden və xanımı Cill Bayden isə ötən il 388 844 dollar qazanıblar.
Musavat.com