Rusiyanın Zeleqrad şəhərində kafelərdən birində baş verən kütləvi dava nəticəsində üç azərbaycanlı bıçaqlanıb.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç azərbaycanlı xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən hər üç azərbaycanlı tikinti şirkətlərindən birində işləyir. Yaralı həmvətənlərimiz onları bıçaqlayan şəxsləri adlarını polisə bildiriblər. Hazırda Rusiya polisi azərbaycanlılara xəsarət yetirən şəxsləri axtarışına başlayıb.
Hüquq mühafizə orqanlarından olan mənbənin “İnterfax”a daxil olan məlumata görə, həm bıçaqlanan həm də onlara xəsarət yetirən şəxslər Azərbaycan vətəndaşlarıdır.