Azərbaycanın Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Roma Papasını erməni “soyqırımı” ilə bağlı mövqeyinə görə sərt tənqid edib.
AzVision.az xəbər verir ki, xanım deputat parlamentdə çıxış edərək, Roma Papasının ünvanına ittihamlarını bildirib:
“Nə papa-papa salıblar. Hesab edirəm ki, qırxı çıxmış Papa haqqında danışmağa dəyməz. Çünki bu adamın yan-yörəsi bizə qarşı olan düşmənlərdir. Onun başı olsaydı heç kimə qulaq asmayıb, öz bildiyini edərdi”.
Z.Xanlarova Amerika səfərindən də söz açıb: “Hətta Nyu-York şəhərinin meri ilə görüşdüm. Konsertimə gəlmişdi. O, Azərbaycan haqqında elə danışırdı ki, heç bizim əksər azərbaycanlılarımız o cür danışa bilməzdi. Məhəbbətlə qeyd edirdi ki, ölkəmiz günü- gündən inkişaf edir. Bütün bunları nəzərə alıb deyərdim ki, bəzi insanlar “kor gözləri” ilə bu gözəllikləri görmürlər. Onlara sadəcə söz tapa bilmirəm. Ölkədə gedən inkişafı görməmək baxa- baxa kor olmaqdır”.