Hollivudun məşhur “Avatar” filminin ssenaristi və rejissoru Ceyms Kameron məhkəməyə verilib.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı “Variety” saytı yayıb.
Məlumata görə, rəssam Cerald Morabski rejissoru ABŞ-ın Apellyasiya Məhkəməsinə verib.
Onun fikrincə, Kameron filmin ideyasını ondan oğurlayıb. Kameron isə məhkəmədə ssenarinin məhz ona məxsus olduğunu təsdiq edib.
Qeyd edək ki, çeçen yazıçı Ruslan Zakriyev də bir vaxtlar Kameronu məhkəməyə vermişdi. Onun iddiasına görə, rejissor filmin ssenarisini yazıçının “Gizli silah” romanından götürüb. Adı çəkilən roman “proza.ru” saytında 2002-ci ildə dərc edilib.