Bakıya qonaq gəlmiş rusiyalı sürücünün ağlı Moskva yollarına gedib. O, tıxac gördükdə maşının oturacağını açaraq gözünün odunu almağa başlayıb.
Milli.Az xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib. Yol açıldıqdan sonra da mürgüləyən sürücü ayılmayıb. Bir neçə dəqiqə şəhərin mərkəzi küçəsinin ortasında maşın hərəkətsiz qalıb. Sonradan digər avtomobillərin siqnalı və sürücülərin müdaxiləsi onu dərin yuxudan ayılda bilib.