Tanınmış türk musiqiçisi Hüsnü Şənləndirici azərbaycanlı müğənni İradə İbrahimovanın repertuarına müraciət edib.
ANS PRESS-in məlumatına görə, klarnet ifaçısı müğənninin repertuarından, Vaqif Gərayzadənin bəstəsi olan “Neyləyək, alınmadı” mahnısını kompozisiyaları sırasına daxil edib və səsləndirib.
O bu ifanı Türkiyənin klublarının birində səsləndirib.
“Bu mahnı səslənərkən, səsli-küylü zal bir an susdu. Hamı musiqinin sədaları altında sükuta qərq olmuşdu. Öyrəndim ki, Hüsnü bu kompozisiyanı çox sevir və hər çıxışı hərarətlə qarşılanır. Həmin konsertdə ən çox alqış toplayan məhz bu çıxışı oldu”, deyə DJ Fateh həmin videonu təqdim edib.