Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziyada ənənəvi olaraq birbaşa yayımla sualları cavablandırır.
Putin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan danışıb. Prezident Qərbin sanksiyalarından qorxmadığını bildirib:
“Çətin ki, onlar bu il ləğv olunsun. Bu Rusiyanın zəiflədilməsi üçün irəli sürülən strateji məsələlərdir. Rusiya sanksiyalara dözməməlidir, əksinə onlardan yeni inkişaf mərhələlərinə çıxmaq üçün istifadə etməlidir”.
Mətbuat konfransı “Rossiya1”, “Rossiya24”, telekanalları, “Mayak” radiostansiyası, “FM Xəbərləri” və “Rusiya Radiosu” ilə canlı yayımlanır.
Həftə ərzində Rusiya liderinə 2 milyon 386 min sual ünvanlanıb.