Azərbaycan paytaxtında qətl hadisəsi törədilib.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Buzovna qəsəbəsində, Naxçivani küçəsi, ev 13-də qeydə alınıb.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı – 1996-cı il təvəllüdlü Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib.
N.Aslanov hadisəni törətdikdən sonra qaçıb. Hazırda polis onun tutulması istiqamətində tədbirləri davam etdirir.