Qaçaq yollarla Avropaya keçmək istəyərkən Aralıq dənizində boğulan mühacirlərin sayı keçən illə müqayisədə 10 dəfə artıb. Medianews.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Köç Təşkilatının sədri Vilyam Lasi Svinq məlumat verib.
O, bildirib ki, qaçqınlar həyatları bahasına Aralıq dənizini keçərək Avropaya getməyi gözə alırlar.
Onları buna məcbur edən Orta Asiyada və Afrikada baş verən böhranlardır. Bu qədər çox müharibə, aclıq, təbii fəlakətin eyni anda üst-üstə gəldiyini əvvəllərmüşahidə etmədiyini bildirən təşkilat sədri deyib: “Bir tərəfdən Suriya, İraq, Mərkəzi Afrikada baş verən müharibələr, digər tərəfdən Nigeriyada “Boko Haram”hücumları, “Ebola” virusu, Əfqanıstanda bitməyən problemlər, İndi də Yeməndə baş verən hadisələr.
Bu hadisələr insanları daha etibarlı və təhlükəsiz ölkələrəköçməyə məcbur edən amillərdir”. Svinq bildirib ki, keçən il qaçaq yolla Avropaya keçmək istəyən 90 mühacir Aralıq dənizində boğulub. Bu il başlayandan isə 900 nəfərdən çox mühacir aralıq dənizində batıb. Türkiyəyə xüsusi minnətdarlıq edən Svinq bildirib ki, Türkiyə 1.7 milyon mühacirə qucaq açmaqla böyük fədakarlıq edib.