İtaliya sahillərinə yan alan, qaçqın mühacirləri daşıyan gəmidə müsəlman-xristian mübahisəsi başlayıb. Müsəlmanlar xristianları “dinə nifrət” etdikləri üçün dənizə atıblar.
Medianews.az -ın məlumatına görə, bu barədə İtaliyanın Palermo şəhər polisindən məlumat verilib. Məlumatda bildirilib ki, 12 xristianı dənizə atan 15 nəfər həbs edilib. Saxlanılan miqrantların Seneqal və Malayziya əsilli olduğu qeyd edilib.
Açıqlamada bildirilir: “Dünən “Ellensborq” gəmisiylə İtaliyaya gətirilən təxminən 105 qaçaq miqrant bəzi yol yoldaşlarını gəmidən dənizə atıblar və onlar həlak olub”.
Qeyd olunub ki, qaçaqları daşıyan gəmi aprelin 14-də Liviya sahilindən dənizə açılıb.