Braziliyada, “Fənərbaxça”nın sabiq oyunçusu Kristian Baroninin forma geydiyi “Korinthians”ın futbol klubunun tərəfdarları mafiya üsulu ilə edam olunub.
Medianews.az -ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Korinthians” qatı “Pavilhao Nove” adlı bir tərəfdar qrupunun ofisinə basqın edən iki adam doqquz tərəfdarın başına güllə sıxaraq öldürüb.
Braziliya mətbuatı yazıb ki, fan-klubun üzvləri ofisdə komandalarının vəziyyətindən danışdıqları zaman əllərində silah olan iki adamın içəriyə girdiyini görüblər.
Silahlı şəxslər tərəfdarlara əllərini başlarına qoyaraq yerə uzanmağı tələb ediblər. Daha sonra onlar hər bir tərəfdarın başına bir güllə vuraraq aradan çıxıblar. Qatillərin kimliyi bilinmir.
Braziliya polisinin bölgədə geniş miqyaslı bir araşdırma başlatdığı bildirilir.