Eurovision-2015 Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Elnur Hüseynovun yeni videosu yayılıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi ölkəmizin Niderland Krallığındakı səfirliyində pianoda möhtəşəm çıxış edib. Jurnalistlərin diqqət mərkəzində olan Elnur ifası ilə hər kəsi heyran qoyub.
Qeyd edək ki, Elnur Hüseynov Azərbaycanı “Eurovision-2015”də təmsil edəcək. O, “Eurovision” mahnı müsabiqəsində ölkəmizi artıq ikinci dəfə təmsil edəcək. E.Hüseynov yarışmada heyranedici səhnə təqdimatı olacağını söyləyib:
“Bununla bağlı çoxlu ideyalarımız var. Odur ki, “Eurovision-2015”də məxsusi bir performans görəcəksiniz. Builki mahnımıza inanıram, onda çox güclü mesajlar var. Mahnının sözlərində “hər bir qəlb mübarizə etməyə layiqdir” deyildiyi kimi, biz heç vaxt təslim olmamalı, xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq”, – deyə o bildirib.