Türkiyəli aktyor məşhur qəzetin təhrifə yol verdiyini bəyan etdi.
“Kurtlar Vadisi” serialında “Çakır” roluyla məşhurlaşan aktyor Oktay Kaynarca onun adından yayılan ““Gəzi”xəta idi” sözlərini təkzib edib.
Medianews.az-ın məlumatına görə, Türkiyənin “Sabah” qəzetinə müsahibə verən Kaynarca daha sonra sosial şəbəkədə “linc” edilmişdi. Kaynarca bildirib ki, müsahibəsinə onun adından fikirlər əlavə edilib. Tvitter sosial şəbəkəsində verdiyi müsahibənin əslini paylaşan aktyorun həqiqətən də ““Gəzi xəta idi” demədiyi görünür. Kaynarca müsahibənin əslini bu şərhlə paylaşıb: ““Sabah” qəzetinə verdiyim müsahibənin tam mətni aşağıda olduğu kimidir. Daha söyməyə başqa adam taparsınız…”
Qeyd edək ki, söhbət aktyorun 2013-cü ilin yayında Gəzi parkında alış-veriş mərkəzinin tikilməsinə etiraz edən on minlərlə insanın keçirdiyi etiraz aksiyasına qatılmasından gedir.