Aktrisa Könül Nağıyeva formada qalma sirlərini açıqlayıb.
O, Axşam.az-a açıqlamasında özünə necə qulluq etdiyindən danışıb:
“Çoxları buna inanmaya bilər. Amma həqiqətən üzümə heç bir xüsusi qulluq etmirəm. Çalışıram gün ərzində 2 litr su içim. Dərim quru olduğuna görə hər gecə və səhər nəmləndirici kremlərdən istifadə edirəm. Hələ ki, kosmetoloq yanına getməyə ehtiyacım yoxdur. Ana olduqdan sonra saçlarım töküldü. İndi daha çox saç baxımına üstünlük verirəm. Əvvəl saçıma bahalı dərmanlar, maskalar vururdum. Nəticə olmadığını gördüm. İndi xardal, sarımsaq və bibərdən ibarət maskalar edirəm. Həmçinin zəncəfil suyu saç üçün çox xeyirlidir.
Salona daha çox saç düzümü, makiyaj, manikür-pedikürə görə gedirəm. Eyni zamanda bədənimə qulluq edirəm. 30 yaşdan sonra bədəndə qüsurlar ortaya çıxır. Formada qalmaq üçün on günlük masaj kursları keçirəm. Yoqa ilə məşğul oluram. Bu yaxınlarda isə rəqsə gedəcəm. Rəqs qədər bədənə xeyirli olan heç nə yoxdur. Ay ərzində baxım üçün 600-700 manat xərcləyirəm”.
Qeyd edək ki, K.Nağıyeva bir müddət öncə təqdim olunan “Tərkedilmiş” filmində rol alıb. O, həmçinin “Nargis” Nəşriyyat Evinin direktorudur.
http://s010.radikal.ru/i313/1505/0a/2a35f861407c.jpg
http://s019.radikal.ru/i633/1505/ff/acb7f808ee6a.jpg
http://s018.radikal.ru/i528/1505/a0/9f117f4660f6.jpg