Beynəlxalq koalisiyaya aid hərbi təyyarələr Mosulun şərqindəki bir qəsəbəyə hava əməliyyatı təşkil edib.
Medianews.az-ın məlumatına görə, Koalisiya təyyarələri Başika qəsəbəsində İŞİD mövqelərini bombardman edib. Kürdüstan Demokratiya Partiyasının funksioneri Səid Memuzuni bu barədə məlumat verib.
S. Memuzuni bildirib ki, bombardman nəticəsində 14 İŞİD döyüşçüsü öldürülüb.