Teleaparıcı Nərmin Əlisoyun Milli.Az-a müsahibəsi.
– Nərmin xanım, əvvəllər təkcə ATV-də hava haqqında məlumatı təqdim edirdiniz. İndi isə işiniz artıb, “Dəyişirəm” verilişinin də aparıcılığını edirsiniz. Niyə məhz “dəyişirəm” verilişini seçdiniz?
– Düzdür, ATV mənim üçün doğma telekanaldır. Hələ də hava haqqında proqnozu təqdim edənlərdən biri də mənəm. Ancaq dəyişiklik olsun deyə eyni vaxtda “Dəyişirəm” verilişinin də aparıcılığını etmək qərarına gəldim. O ki qaldı niyə məhz bu veriliş, çünki mən həyatımı dəyişməyi sevirəm (gülür).
– Məsələn, son iki il ərzində nələri dəyişdirmisiniz?
– Çox şeyi. Çox böyümüşəm son iki il ərzində.
– Hava proqnozu demişkən, “havalar” necədir?
– Hələ ki, sakitlikdir. Mənim üçün havalar əla keçir.
– Paxıllığınızı çəkənlər, yaxud da sizə qarşı mərdiməzarlıq etmək istəyənlər çoxdur?
– Elə insanlar kifayət qədər var. Onlar zəli kimidirlər, yapışdılarsa, qopmaq bilmirlər.
– Onlara qarşı necə mübarizə aparırsınız bəs?
– Əhəmiyyət verməməklə. Boş verirəm.
– Elə o vaxtdan bəri subaylıqdır?
– Subaylıq olmağına subaylıqdır. Hər şeyin öz vaxtı var.
– Sevmirsiniz?
– Həyatımda biri var. Fikrimiz ciddidir. Görək, inşallah, alınsa, onunla ailə quracağam.
– Yenə idmanla məşğul olursunuz?
– Bir müddət ara vermişdim. Amma bu yaxınlarda yenidən idmana başlamaq fikrindəyəm. Çünki baxımlı olmaq üçün idmanın da kifayət qədər təsiri var.
– Bu baxımdan siz özünüzü cazibədar hesab edirsiniz?
– Mən heç vaxt özümü cazibədar saymamışam. Şirinliyim, gözəlliyim var, lakin özümə cazibədar demirəm.
– Tam sərbəstsiniz, yoxsa qismən?
– Tam sərbəst insanam. Hər bir şeydə azadam.
– Geyim baxımından da kompleksiniz olmadığını bilirəm…
– Tamamilə doğrudur.
– Bunun bariz nümunəsi kimi bir müddət öncə nisbətən açıq libaslarda çəkdirdiyiniz şəkilləri göstərmək olar. Ən azından, həmin fotosessiyanı görənlər bu qənaətə gəlirlər…
– Sözün düzü, mən o libaslarda heç bir açıq-saçıqlıq görmürəm. Yayda palto geyinəsi deyildim ki. Mövsümə uyğun geyinmişdim. Mən o şəkilləri KİV üçün çəkdirməmişdim. Amma xəbər portallarında yayıldı, səs-küyə səbəb oldu. Yenə də deyirəm, mən o geyimlərə normal baxıram və kütlənin fikri mənin üçün önəmli deyil.
– Bundan sonra da elə cəsarətli şəkillər çəkdirmək fikriniz var? Ardı olacaq?..
– Mən istədiyim yerdə, istənilən formada şəkil çəkdirə bilərəm. Heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Amma o demək deyil ki, mən o şəkillərin KİV-də işıqlanmağına şərait yaratmalıyam. Nə edirəmsə, özüm üçün edirəm.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.