Əməkdar artist Vəfa Zeynalova əkizləri ilə “Gün üzü” verilişinə qatılıb.
Axşam.az-ın məlumatına görə, aktrisanın qızı Səbinə canlı yayımda rəqs edib. O, “Arşın mal alan” filmindən “Asiyanın ariyası”nı oynayıb.
Qızları Lalə və Səbinədən bəhs edən V.Zeynalova onlarla bağlı maraqlı açıqlamalar verib:
“Balaca vaxtı hərəkətləri eyni olurdu. Hətta eyni formada yatırdılar. Özüm hansının Lalə, hansının Səbinə olduğunu tapa bilmirdim. Hətta elə olub ki, balaca olanda birinə iki dəfə yemək vermişəm, o biri acından ağlayıb. Ən çox eyni rəngdə və formada oyuncaq üstündə dalaşırdılar. İndi xasiyyətləri dəyişib. Onları daha rahat ayırd edə bilirik”.