Mayın 6-na keçən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Modern.az saytı xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
İtaliyanın Turin şəhərində yerli “Yuventus” və “Real” (Madrid) üz-üzə gəlib.
Oyun “Yuventus”un qələbəsilə başa çatıb – 2:1. Qolları italyanlardan Morata və Tevez, ispanlardan isə Ronaldo vurub.
Bu gün Çempionlar Liqasında ikinci yarımfinalda “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) oyunu baş tutacaq.