Papua-Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın xəbərinə görə, zəlzələdən sonra sunami xəbərdarlığı edilib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi zəlzələnin yerin 10 km dərinliyində baş verdiyini açıqlayıb.
Hələlik dağıntı və tələfatla bağlı məlumat verilmir.
Qeyd edək ki, Papua-Yeni Qvineyada aprelin 30-da 6,7, mayın 5-də isə 7,2 bal gücündə zəlzələ olub.