İqtidarla müxalifət arasında görüşün vaxtı müəyyənləşib. Bu barədə AzVision.az-ın sualını cavablandıran Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, görüş bu həftə baş tutacaq.
Əli Həsənov dialoq zamanı müzakirə olunacaq mövzuların hələlik müəyyən edilmədiyini bildirib.