TV8-də yayımlanan “İşte benim stilim”in azərbaycanlı yarışmaçısı Sima Şərəffətdinova bu gün podiumda rəqs edib.
Axşam.az-ın məlumatına görə, müğənni Hadisənin “Nerdesin aşkım” mahnısını modelyer Nur Yerlitaşla qarşılıqlı rəqs edən Sima mediada haqqında yazılan bir xəbərdən danışıb.
O, “Bəlli tarixlər arasında Türkiyənin internetdə ən çox axtarılan adlarından biriyəm” deyərək yarışmanın geniş kütlə tərəfindən izlənildiyinə işarə edib.
Bunun ardından N.Yerlitaş zarafatla “Sənin sayəndə proqram izlənilir” deyib.
Qeyd edək ki, həmyerlimiz bugünkü geyiminə görə münsiflərdən “ulduz” alıb.