Müğənni Elnarə Xəlilova yeni “Yalnızlıq” adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Modern.az-ın məlumatına görə, mahnının musiqisi Vüqar Camalzadə, sözləri Kənan İsrafilova məxsusdur. Elnarə yeni mahnısını Bakıda baş verən yanğın faciəsində həlak olanlara həsr etdiyini bildirib:
“Mahnı Allaha olan inam, Yaradanla bəndəsi arasındakı əlaqəyə həsr edilib. Bakıda baş verən faciədə həlak olanlara Allahdan rəhmət diləyirəm. Bu mahnını onlara ithaf edirəm”.