Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov bu axşam səhnəyə iyirmi dördüncü nömrə altında çıxacaq.
ANS PRESS-in məlumatına görə, Elnur Hüseynov “Hour of the wolf” mahnısını təqdim edəcək.
Təmsilçimizin səhnə performansında sevgi duyğularında yaranan dəyişikliklər, hər qəlbin mübarizə aparmağa layiq olduğu təcəssüm olunur. Şou insanları bir-birinə, eləcə də ətrafdakılara həssas yanaşmağa səsləyir. Elnur Hüseynovun ifası rəqqasların fərqli çıxışı ilə müşayiət edilir.
Qeyd edək ki, Elnur Hüseynov ikinci yarımfinal konsertində 11-ci nömrə aıtında səhnəyə çıxmışdı.
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır.
Birinci yarımfinalda Albaniya, Rusiya, Rumıniya, Serbiya, Belarus, Yunanıstan, Macarıstan, Estoniya, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.