Ermənistan hər dəfə, Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhədə təxribat törədir. Ordumuzsa, keçirdiyi təlimlərdə gücünü nümayiş etdirməklə yanaşı, qarşı tərəfi cavab atəşilə susdurmaqda davam edir.
Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimlərinin videogörüntüsünü yayıb.
ANS TV-nin məlumatına görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, hərbi hava qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə komplekslərilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğulari, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra ediblər.