Azərbaycanda külli miqdarda narkotik vasitənin məhvi həyata keçirilib.
ANS TV-nin məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası müsadirə olunmuş və məhkəmə qərarı ilə barəsində məhvetmə hökmü çıxarılan külli miqdarda narkotik vasitəni məhv edilməsi üçün xüsusi tədbir keçirib.
Bakının Binəqədi rayonunda yerləşən Bünyad Sərdarov adına zavodun ərazisində həyata keçirilən prosesdə ölkənin bütün hüquq mühafizə orqanları da iştirak edib.
Yandırma yolu ilə məhv edilən narkotik maddələrin içərisində, psixotrop maddələr və 3620 ədəd çətənə kolu olub. Bunların ümümi çəkisi isə 350 kiloqramdan artıq olub.
İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, məhv edilən narkotik vasitələrin 27 kq heroin, 46 kq həşiş, 104 kq tiryək, 15 kq xaşxaş, 145 kq marixuana, 200 qr kokain aşkarlanaraq yandırılıb.
Məhv olunan müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 5 milyon manat təşkil edir.
Xüsusi nəzarət altında baş tutan tədbir dövlət komisiyası trəfindən müntəzəm olaraq həyata keçirilir.