Bakının Pirallahı rayonunda dəhşətli hadisə baş verib.
Pirallahı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.
Qızın elə həmin həyətdə yaşayan qonşusu – 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.
Polisv Çernov Viktoroviçi yaxalayıb.
Qeyd edək ki, hüquq mühafizə orqanlarının əməkdaşları saytlardan birinə bildiriblər ki, qətlə yetirilən uşaq zorlanıbmış.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.