“G7” ölkələri növbəti sammitdə Rusiyaya qarşı növbəti sanksiyalar məsələsini müzakirə edəcək.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Çoş Ernest bildirib.
““Böyük yeddilik” sanksiyalarla bağlı prosesi diqqətdə saxlayır”, – deyə Ernest vurğulayıb.
Qeyd edək ki, G7 sammiti 7-8 iyun tarixlərində Avstriyada, Elmau qəsrində keçiriləcək.
Mayın əvvəlində Avropa parlamentinin xarici işlər üzrə komitəsi sanksiyaların sərtləşdirilməsi barədə qətnamə qəbul edib