Bakı 2015 birinci Avropa Oyunlarına sınaq tədbirinin keçirilməsi ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polis İdarəsinə istinadən məlumatına görə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına sınaq tədbirinin keçirilməsi ilə əlaqədar iyunun 6-da saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək paytaxtın Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu körpüsünədək və Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissələrində ümumi nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.