“I Avropa Oyunları ilə əlaqədar bu gündən başlayaraq ölkəmizə dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri gəlməkdədirlər”.
AzNews.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı təşkil etdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, oyunların aılışında iştirak etmək üçün gələn rəsmilərin 15-20 nəfəri dövlət və hökumət başçısı, 35-40 nəfər isə dövlətləri təmsil edən yüksək vəzifəli hökumət nümayəndələri olacaq.
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilir.