“Əgər Rusiya Federasiyası Dövlət Dumasının deputatı bəyan edirsə ki, Qarabağı Azərbaycana qaytarmaq lazımdır, onda qoy gəlməyə və onu götürməyə cəhd eləsin”.
Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə “Daşnaksütyun” fraksiyasının katibi Arvan Vardanyan Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri, Dövlət Dumasının deputatı Dmitri Savelyevin bəyanatını şərh edərkən deyib.
Xatırladaq ki, Rusiya deputatı bildirib ki, çox yaxın perspektivdə Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır”.
“Bu sözlər bizim üçün sıfıra bərabərdir, Savelyevin mövqeyi də həmçinin”, – deyə Vardanyan vurğulayıb.