“Bakı-2015” I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
Qol.Az-ın məlumatına, 59, 71, 80 və 98 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Orxan Nuriyev mübarizəyə qoşulub.
98 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə qarşılaşıb.
Orxan rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn idmançımız yarımfinala çıxıb. O, yarımfinalda Rusiyanın təmsil edən Stepan Maranyanla qarşılaşın və 3:11 hesabı ilə məğlub olub. E.Muxtarov bürünc medal uğrunda mübarizəni davam etdirəcək.
71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib.
80 kq çəki dərəcəsində 1/8 finalda Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələn Rafiq Hüseynov növbəti mərhələdə Daniel Aleksandrova (Bolqarıstan) qarşılaşıb. O, 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.