“Avropa Oyunlarının bağlanış mərasiminə biletlər qurtarıb”.
Modern.az xəbər verir ki, bunu “Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında deyib. O qeyd edib ki, ötən gün 13,5 min bilet satılıb.
“Son 3 gündə bu göstərici 37500-ə çatıb. Bağlanış Mərasiminə 48 min bilet satılıb. Bildirmək istəyirəm ki, mərasimə biletlər artıq tükənib”.