“Ötən gün 4 idman növü üzrə idman yarışları keçirilib. İdman növü üzrə medallar verilib”.
AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında `Bakı 2015`-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq söyləyib.
O bildirib ki, dünən taekvondo üzrə ilk yarış günü idi. 9 məkanda 23 mindən çox tamaşaçı yarışları izləyib: “Bu gün isə 30 minə yaxın tamaşaçının yarışları izləməyə gələcəyini gözləyirik. Artıq Mingəçevirdə yarışlar başa çatıb. Buna görə də idmançılar tədricən ölkəmizi tərk edirlər”.
Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov isə Oyunlarla bağlı təəssüratlarını bölüşüb: “I Avropa Oyunlarının bu səviyyədə keçiriləcəyini gözləmirdim. Könüllülərə çox fədarkarlıq göstərdilər. Dünən Kürdəki yarışlardan sonra mən çox kədərləndim . Çünki oyunların bir hissəsi artıq başa çatıb”, – deyə nazir bildirib.