WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov 60 kq çəkidə Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Virtualaz.org saytı bildirir ki, Albert Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Təcrübəli idmançımız rəqibinə heç bir şans verməyib.
Hər üç raundda udan Səlimov 1/4 final mərhələsinə çıxıb.
Onun 1/4 finaldakı rəqibi Elian Dimitrov (Bolqarıstan) – Samvel Barseqyan (Ermənistan) cütünün qalibi olacaq.
Qeyd edək ki, daha öncə Salman Əlizadə (49 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finala yüksəliblər.