Masallıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Kalinovka kəndində qeydə alınıb. Kənddə kirayədə yaşayan, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Xəyal Lalayev özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.