Ukrayna prezidenti Pyotr Poroşenko Dövlət Aviasiya Xidmətinin başçısı Denis Antonyukun xidməti fəaliyyətinin araşdırma altında olduğu müddət ərzində vəzifəsindən kənarlaşdırılması haqqında sərəncam verib.
* * * 13:26
Gürcüstanın sabiq prezidenti, may ayının sonlarında Ukraynanın Odessa vilayətinin qubernatoru təyin edilmiş Mixail Saakaşvili Ukrayna Dövlət Aviasiya Xidmətinin fəaliyyətini sərt tənqid edib.
Milli.az bildirir ki, xidmətin Odessada keçirilmiş toplantısında o, qurumun rəhbəri Denis Antonyuku oliqarxlara işləməkdə, rüşvət almaqda və vətəndaşların maraqları ilə dövlətin mənafelərini nəzərə almamaqda suçlayıb.
“Məni maraqlandıran məsələ insanların ucuz aviabiletlər ala bilmələridir. Bir şirkətin bütün aviareysləri aldığı yerdə insanlar ucuz bilet ala bilməzlər. Sizin qərarın nəticəsində Odessaya iki-üç dəfə az turist gələcək. Əminəm ki, bu qərarın arxasında konkret inhisarçı durur. Korrupsiya əlaqələri var, çünki burada işləyənlər az maaş alırlar. Əsl “maaş”ı onlara konkret adamlar verirlər”, – deyən Saakaşvili sonradan D.Antonyukdan nə qədər maaş aldığını soruşub.
Onun ayda 5500 qrivna aldığını eşidəndə Saakaşvili təəccübləniö: “Bu maaşa yaşayırsınız?! Əsla inanmıram. Yalan danışırsınız”.
Sinirlənmiş Denis Antoynuk əsəblərini cilovlaya bilməyib: “Bəli, bu qədər maaş alıram və maaşa yaşayıram. Kişisinizsə, gəlin evimə gedək, görün necə şəraitdə yaşayıram. Yoxsa ki, burada boşboğazlıq etmək gərək deyil”.
Saakaşvili də hirslənib: “Dövlət xidmətinin maraqlarını oliqarxların maraqlarına qurban vermiş adamın məni boşboğazlıqda suçlamasına dözən deyiləm. Fəaliyyətinizi araşdıracağam. Bunu bilin”.