8 ildir ekranlarda evlilik proqramına aparıcılıq edən Esra Erol yeni rekorda imza atıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Fox TV-dən ATV-yə transfer olan Erol ayda 1 milyon 100 min lirə (təxmini 430 min manat) maaş alacaq.
Bununla da “Esra Erolla izdivac” proqramı qardaş ölkənin televiziya tarixində ən yüksək büdcəli veriliş olub.
Ayda 22 gün ekrana gələcək proqramın günlük xərci 50 min lirəyə (təxmini 20 min manat) başa gələcək. Esranın həyat yoldaşı Ali Özbir də eyni kanalda aparıcılıq edəcək.
Xatırladaq ki, E.Erolun Acun İlicalı ilə razılaşaraq TV8-ə keçməsi xəbəri yayılsa da, iddia özünü doğrultmamışdı.
Qeyd edək ki, bir oğul anası olan xanım aparıcı ikinci uşağına hamilədir. Bu səbəbdən o, noyabr və dekabr aylarında ekrana çıxmayacaq.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.