Klipin baş qəhrəmanı Anna Zayçevadır.
You-tube portalında rus qadınlarının 100 il ərzində necə dəyişmələri barədə sosial çarx yerləşdirilib.
Oxu.Az xəbər verir ki, klip Cut.com portalı tərəfindən “100 illik gözəllik” proqramı çərçivəsində hazırlanıb.
1910-ci ildən başlayaraq günümüzə qədər olan müddətdəki Rusiya qadınlarının gözəllik anlayışının toplandığı çalışma, illər içindəki dəyişməni təəccüblü şəkildə gözlərimizin önünə sərib.
Klipin baş qəhrəmanı Anna Zayçevadır. Gənc qız bir dəqiqəlik videoda saç düzülüşü və makiyajını dəyişir, və həmçinin müxtəlif baş geyimlərini ölçür.