Ktaloniya klubu transfer üçün “Atletiko”ya 41 milyon avro ödəyəcək
“Barselona” futbol klubu “Atletiko Madrid” komandasının ulduzu, Türkiyənin milli futbolçusu Arda Turanı transfer edib.
Bu haqda məlumat “dunya.com” saytında yer alıb.
Məlumata görə, Ktaloniya klubu transfer üçün “Atletiko”ya 41 milyon avro ödəyəcək.
Transferin bu gün rəsmən elan ediləcəyi deyilir.
Ardanı çox bəyəndiyini deyən baş məşqçi Luis Enrique Alex Vidalı da transfer etmək istədiyini bildirib.